Soçidə İlham Əliyev və Putinin görüşü başladı - FOTO
    • 1-09-2018, 14:05
    • 964

Soçidə İlham Əliyev və Putinin görüşü başladı - FOTO

Bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri, eləcə də, regional problemləri müzakirə edəcəyik.

Bunu Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü zamanı deyib.
Azərbaycan və Rusiya prezidentləri bəyan ediblər ki, rəsmi Moskva və Bakının münasibətlərindən razıdırlar.
“Bizim görüşlərimiz daimi xarakter daşıyır. Təbii ki, bu strateji tərəfdaşlıq adlandırdığımız geniş əlaqələrdir”, - Rusiya prezidenti İlham Əliyevi Soçidə qarşılayarkən deyib.

Putinin sözlərinə görə, “münasibətlər həm siyasi, həm də iqtisadi xətt üzrə inkişaf edir”.

“Ötən il ticarət dövriyyəsi 34 faiz, cari ilin ilk aylarında mülki məhsulların satışı 20 faiz artıb”, - Putin qeyd edib.

Vladimir Putin etiraf edib ki, İlham Əliyevin Rusiyaya səfər təklifini qəbul etdiyinə şaddır.
Azərbaycan prezidentinin fikrincə, Rusiya prezidenti ilə görüşlər “iki ölkənin münasibətlərinə dinamizm gətirir”.
“Biz bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən razıyıq, münasibətlərimiz effektiv inkişaf edir”,- İlham Əliyev deyib.
Azərbaycan prezidentinin sözlərinə görə, “iqtisadi əməkdaşlıq üçün böyük potensial var”.
“Əminəm ki, ticarət dövriyəsi növbəti illərdə də artacaq”, - o qeyd edib.
Dövlət başçısı əminliyini vurğulayıb ki,  bugünkü görüş iki ölkənin münasibətlərinə əlavə impuls verəcək”.
İlham Əliyev Vladimir Putinlə yeni görüşə şad olduğunu bildirib.

AzərTAG