-
- 1-09-2018, 15:20
- 849
Vladimir Putin: “Azərbaycanla münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir”
“Əziz dostlar. İcazə verin, Sizi Soçidə ürəkdən salamlayım. Qeyd etmək istərdim ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq”.
Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
“Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz. Xoş gəlmisiniz!”, - dövlət başçısı əlavə edib.