-
- 16-12-2019, 17:16
- 986
Ərtoğrul Cavidin 100 illiyi - FOTOLAR
Azərbaycan Bəstəkarlar İttifaqında növbəti təqdimat gerçəkləşib.
News24.az xəbər verir ki, tədbir Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası, Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə baş tutub. Təqdimat Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi münasibətilə keçirilib.
Tədbirdə "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" - 12 cilddən ibarət kitabların və "Sözləri Hüseyn Cavidindir" - Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı gerçəkləşib. Hər iki nəşrin müəllifi Gülbəniz Babaxanlıdır.
Yığıncaqda çıxış edən natiqlər Ərtoğrol Cavidin həyat yolundan, zəngin yaradıcılıq fəaliyyətindən danışıblar. Bildirilib ki, Ərtoğrol Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb.
O, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olduqdan sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində davam etdirib, eyni zamanda, konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib.
Rəsmi hissədən sonra musiqi nömrələri səsləndirilib.
Sevda Bayramova