Azərbaycanlı hacıların ilk qrupu Vətənə qayıtdı
    • 1-09-2018, 14:42
    • 935

Azərbaycanlı hacıların ilk qrupu Vətənə qayıtdı

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıların ilk qafiləsi Vətənə qayıdıb.

Onları Heydər Əliyev Aeroportunda yaxınları qarşılayıb.

Hacıların səhhəti qənaətbəxşdir.

Sentyabrın 5-dək azərbaycanlı hacıların hamısı Vətənə qayıdacaq.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.

//report