-
- 17-12-2019, 20:01
- 893
Allahşükür Paşazadənin papağını 300 manata tikmişəm -kabinetinə gedib sifarişi götürdüm
“Deyirlər maraq yoxdur, amma o qədər sifariş alıram ki, əlavə heç nəyə vaxtım qalmır”.
News24.az xəbər verir ki, bunu papaqçı Sədi deyib. 21 ildir ki, papaqçılıqla məşğul olan Usta Sədi öz peşəsini çox sevdiyini, gəlirinin də yaxşı olduğunu bildirir:
“1000 manata olan papağı Rusiyada yaşayan imkanlı bir hacı var idi, o sifariş etmişdi. Eyni papaqdan 3-nü tikdirdi, həm gümüşü, həm qara, həm də qəhvəyi. Papağın dəyərini üzərindəki naxışlardan, işləmələrdən bilmək olardı.
Aşıq papağını 250 manata tikirəm, zabit papağını isə 300 manata. Allahşükür Paşazadənin papağını isə 300 manata tikmişdim, kabinetinə gedib sifarişi də orada götürdüm. Papağı bəyənən iş adamları olub ki, pulunu artıqlaması ilə veriblər. Mən artıq olan pulu götürmək istəməmişəm, amma məcbur ediblər ki, götür halal haqqındır”. (Modern.az)