Qadını vuraraq hadisə yerindən qaçan  sürücü ƏLƏ KEÇDİ
    • 18-12-2019, 11:42
    • 822

Qadını vuraraq hadisə yerindən qaçan sürücü ƏLƏ KEÇDİ

Bakıda qadını vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  dekabrın 15-də saat 23 radələrində Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Cəfərova vurulub.

Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Changan” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Cəfərov saxlanılıb.