Piyadanı vurub qaçan sürücü ƏLƏ KEÇDİ
    • 26-12-2019, 13:51
    • 935

Piyadanı vurub qaçan sürücü ƏLƏ KEÇDİ

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 20-də saat 7 radələrində Gəncə şəhəri, İ.Qayıbov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Zeynalova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.