» » » Aygün Səmədzadənin konsertində böyük olay. Aygün Bəylər dəvətsiz gəldi - FOTOLAR - VİDEO

Bomond / Şou-Biznes

Aygün Səmədzadənin konsertində böyük olay. Aygün Bəylər dəvətsiz gəldi - FOTOLAR - VİDEO

Aygün Səmədzadənin konsertində böyük olay. Aygün Bəylər dəvətsiz gəldi - FOTOLAR - VİDEO
Bu gün xalq artisti Aygün Səmədzadə Yaşıl Teatrda “Azərbaycan” adlı solo konsert proqramı ilə çıxış edib. 

Konsert maraqlı məqamlarla yadda qalıb. Belə ki, əməkdar artist Aygün Bəylər sözügedən konsertə təşrif buyursa da tamaşaçılar arasında deyil, saatlarla səhnənin yanındakı daşın üzərində əyləşib. O, bunu konsertə dəvət olunmaması ilə izah edib. 

Lakin A.Bəylər illər əvvəl səsləndiriyi “Tut ağacı” mahnısını gənc ifaçı Kamilə Nəbiyevanın ifa etməsinə əməkdar artist laqeyid qala bilməyib. O, bir anda səhnəyə çıxaraq mahnını oxuyub. 

Sonda isə gecənin səbəbkarı Aygün Səmədzadə, Aygün Bəylər və Kamilə Nəbiyeva “Tut ağacı”nı duet şəklində səsləndiriblər. 

Qeyd edək ki, konsertə Aygün Bəylərlə birgə prodüseri Sultan da qatılıb.
 
Teymur Məmmədov
Foto: Nurlan Gülməmmədov




Açar sözlər

Oxşar xəbərlər

BİZƏ QOŞULUN


Яндекс.Метрика

ƏMƏKDAŞLARIMIZ