-
- 19-12-2019, 10:48
- 1 289
Xaçmazda narkotik satan dəstə ƏLƏ KEÇDİ - FOTO
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə olan heroin dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 65 yaşlı Telman Abasov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar olunub.
Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini T.Abasova satmaqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri ifşa edilib. Araşdırmalarla onların Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Rahim Əhmədov, Sumqayıt şəhər sakinləri 32 yaşlı Zaur İbrahimov və 36 yaşlı Əliağa Novruzov olduqları məlum olub. Həmin şəxslər Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində saxlanılaraq Xaçmaz RPŞ-nə gətiriliblər. Üzərilərinə keçirilən şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan çox satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı hər üç şəxs narkotik maddələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.