Səhnədə "Qış karnavalı"dır
    • 19-12-2019, 12:40
    • 732

Səhnədə "Qış karnavalı"dır

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni il ab-havalı tamaşalar nümayış olunacaq.  

News24.az xəbər verir ki, onlardan biri də "Qış karnavalı" adlanır. Bayramın xoş əhvalını səhnədən hiss etdirmək üçün yeni ilin əsas personajları balaca izləyicilərini nağıllar aləminə səyahət etməyi dəvət edir. Burada canlı ünsiyyət, rəngarəng ifalar təqdim olunacaq.

Həmçinin də müxtəlif xalqların nağıl qəhrəmanları müasir animasiya vasitəsilə göstəriləcək. Bu cür tamaşaları göstərməkdə əsas məqsəd uşaqlarda birlik, həmrəylik, səmimi ünsiyyət, sevgi kimi hissləri aşılamaqdır.

Qeyd edək ki, "Qış karnavalı"nın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə İqbal Əliyevdir. 

Sevda Bayramova