-
- 19-12-2019, 12:56
- 807
Məhkəmə xalq artistinin evini satışa çıxardı
Məhkəmə qərarı ilə xalq artistinin evi satışa çıxarılıb.
News24.az "RİA"ya istinadən xəbər verir ki, Rusiya estradasının kralı Filipp Kirkorovun evinin satışa çıxarılmasına səbəb banka olan kredit borcudur. Məhkəmə F.Kirkorovu borc müqaviləsinə əsasən 779 min avro borc, cərimə və faiz ödəməyi tapşırıb. Eyni zamanda, bank müğənnidən 3,3 milyon avrodan artıq pul tələb edib.
Hərrac zamanı yalnız dəyəri 193 milyon rubldan çox olan mənzil deyil, həm də orada quraşdırılmış məişət texnikası - soba, qəhvə maşını və dörd kondisioner satılacaq.
Filipp Kirkorovun vəkili Aleksander Dobrovinski müsahibədə müğənninin kredit borcu olduğunu təsdiqləyib:"Həqiqətən kredit var idi. Filipp Bedrosoviç bankın iki il əvvəl bağlanmasına qədər müntəzəm şəkildə ödəniş edirdi. Bank bağlandıqdan sonra isə pulu bankın hesablarına köçürülə bilmədi, çünki ondan ödənişi üçüncü tərəflərə təhvil verilməsi istənildi. Bu çox təhlükəlidir. Təbii ki, kredit ödənişi dayandırıldı".