"ATU-da bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq"- Nabil Seyid
    • 19-12-2019, 14:25
    • 952

"ATU-da bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq"- Nabil Seyid

"Azərbaycan Tibb Universitetində bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq. Bu da regionlarda, eyni zamanda kəndlərdə, daha ucqar yerlərdə kadrlara ehtiyacı ödəməyə kömək edəcək".

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda deyib. Onun sözlərinə görə,
dünya ölkələrində ictimai səhiyyə üzrə orta tibb kadrları hazırlanır:

"Onlar adi orta tibb işçisindən fərqi olaraq, daha geniş bilk və bacarıqlara malikdirlər və profilaktik iş apara bilirlər. Azərbaycanda da belə kadrların hazırlanmasına ehtiyac var və artıq bu sahədə işlərə başlanılıb . Azərbaycan Tibb Universitetində bakalavrait səviyyəsi üzrə hazırlanacaq orta tibb kadrları da profilaktik tədbirlər apara biləcəklər.


N.Seyidov qeyd edir ki, qeyri-infeksion xəstəliklər Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliklərdir:

"Azərbaycan da digər Avropa ölkələrində olduğu kimi həm dövlət, həm əhali və tibb işçiləri olaraq QİX-lə mübarizəyə maraqlıdır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda QİX-lə mübarizə 2 əsas istiqamət üzrə aparılır. Bunlardan birincisi əhaliyə yönəlimiş müdaxilələrdir. Bunlar arasında tütünçəkmənin qarşısınən alənması, spirtli içkilərdən istifadənin azaldılması, sağlam qidalanma və fiziki aktivliyin artırılması əsas yer tutur. Bununla yanaşı hər bir ölkə fərdi hədəfləri seçir".

N.Seyidov qeyd edib ki, miokard infarktı və insultun profilaktikası ilə bağlı müvafiq tədbirlər tibb işçiləri tərəfindən həm ilkin səhiyyə xidmətləri səviyyəsində, həm ikincini səviyyədə həyata keçirilməlidir. "Bununla yanaşı, dispanser qeydiyyata alınmış pasiyentlərin, qanda yüksək xolesterin olan, hiporteniya, şəkərli diabet diaqnozu qoyulan pasiyentlərin dispanser qeydiyyata götürülməsi, onlarla məsləhətşmələrin aparılması, həyata davranışının dəyişdirilməsi, müvafiq dərman terapiyasının da aparılması vacibdir".

Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-ci ildən başlayan tədbirlər planının müddətinin gələn il bitdiyini deyən İSİM rəsmisi qeyd edib ki, 2020- ci ildən sonrakı 5-10 illik dövrü əhatə edəcək yeni tədbirlər planı, yeni prioretlərin müəyyənləşdirilməsi təmin ediməlidir.
" Bununla yanaşı, müvafiq priotetlər müəyyənləşdirilməlidir. QİX-lə mübarizlə kifayət qədər insan resursu, texniki resurslar, həm də maliyyə vəsaitləri tələb edir.
Dünyada təsdiq olunub ki, ilkin sıhiyyə xidmətinin gücləndirilməsi həm sosial-iqtisadi, həm xəstəliklərin yükünün azaldılmasına, həm səhiyyə büdcəsinin qənaət edilməsinə imkan yaradır. İlkin səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına daha böyük diqqət yetilməlidir".

N.Seyidov qeyd edib ki, Azərbaycanda tibb işçilərinin pasiyentlərə həyat tərzi, sağlamlaşdırcı tədbirlərə cəlb olunması ilə bağlı müvafiq məsləhətlərin verilməsinin tətbiqinə xüsusi diqqət olunmalıdır.
"Heç kimə sirr deyil ki, ailə həkimlərə, endikrinoloqlara, bölgələrdə müxtəlif həkimlərə ehtiyac var. Rezidentlərin ünvanlı şəkildə göndərilməsi, regionlarda çatışmayan azsaylı kadrların təlimatlandırırması və təlimdən keçirilməsinə ehtiyac var.
Fevralda yeni Milli Məclis üzvləri seçiləcək, orada yeni simalar olacaq. Həmin insanlarla daha sıx əlaqələrin qurulması və QİX-lə mübarizənin təşkil ediməsində onların da iştirakının təmin olunması üçün müvafiq tədbirlər görülməlidir".

Afaq Mirayiq