Diaqnostik qiymətləndirmənin keçirilmə tarixi barədə məlumat şəxsi səhifələrə göndərilib
    • 19-12-2019, 18:15
    • 666

Diaqnostik qiymətləndirmənin keçirilmə tarixi barədə məlumat şəxsi səhifələrə göndərilib

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə News24.az-a Təhsil Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, diaqnostik qiymətləndirmə cari ilin 24-28 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.