Yaqub Eyyubovun qardaşı nəvəsi həbs olundu

Yaqub Eyyubovun qardaşı nəvəsi həbs olundu Hadisə
Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini - Lalə Eyyubovanın saxlanılmsı barədə xəbər vermişdik.
News24.az bildirir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, icra başçısının həbs olunan humanitar məsələlər üzrə müavini Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğma qardaşı nəvəsidir. 
Onun hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirildiyi bildirilir. 
Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.