-
- 20-12-2019, 12:28
- 783
Gələn ildən fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək
Gələn ildən Azərbaycanda fermerlərə subsidiyaların verilməsi yalnız elektron sistemlə həyata keçiriləcək.
News24.az -ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2019-cu ildə 430 min fermer elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçib. 270 min fermer isə payızlıq əkin üzrə bəyanatlarını bəyan ediblər.
İ.Kərimov bildirib ki, ÜDM-də kənd təsərrüfatının həcmi artmaqla yanaşı, 2019-cu ildə kənd təsərrüfatı məhsullarının ixracında ötən illə müqayisədə əsaslı artım qeydə alınıb.