-
- 20-12-2019, 17:13
- 1 122
Azərbaycanda yeni seçki məntəqələri yaradılır
Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılır.
News24.az xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılmasına dair məsələyə baxılaraq 13 yeni seçki məntəqəsinin yaradılması ilə bağlı qərar qəbul edilib.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, növbədənkənar parlament seçkilərində yeni yaradılacaq seçki məntəqələri də daxil olmaqla 5575 məntəqə olacaq: “Seçki məntəqələrinin hamısına bütün lazımi şərait yaradılacaq ki, Azərbaycan vətəndaşları öz hüquqlarını reallaşdıra bildirsinlər. Eyni zamanda, müşahidəçilər üçün də lazımi şərait yaradılacaq ki, onlar öz missiyalarını layiqincə yerinə yetirə bilsinlər”.