-
- 21-12-2019, 19:30
- 639
Yetkinlik yaşına çatmayanlara siqaret satdı - cərimələndi
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti News24.az-a verilən məlumata görə, dekabrın 17-də və 20-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Nizami və Nərimanov Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.
Reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.
Həmin mağazaların satıcıları – R.Məmmədov, Ə.Qasımov, M.Cəfərov və M.Salmanov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.