-
- 4-04-2019, 10:20
- 1 226
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 3-də DİN-in Baş İctimai Təhlükəsizlik və Xəzər Rayon Polis İdarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Mərdəkan və Binə qəsəbələrində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.