-
- 13-03-2019, 12:08
- 1 309
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN Mətbuat Xidmətindən News24.Az-a verilən məlumata görə, martın 12-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.