Azərbaycanın ən yaşlı seçicisi SƏS VERİB
    • 23-12-2019, 18:18
    • 815

Azərbaycanın ən yaşlı seçicisi SƏS VERİB

Azərbaycanın ən yaşlı seçicisi bələdiyyə üzvlüyünə namizədə səs verib.

News24.az xəbər verir ki, rayonun Aşağı Kəsəmən kənd sakini, 1903-cü il təvəllüdlü Zəhra Nəbi qızı Bənnayeva 108 saylı seçki dairəsinin 19 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. 

Məlumat üçün bildirək ki, 108 saylı Ağstafa rayon seçki dairəsinin tərkibində 38 məntəqə  və 42 674 nəfər seçici var.  Seçicilərin 5 nəfəri yaşı 100-dən çox olan, 230 nəfəri isə ilk dəfə səs verən seçicilərdir. Rayon üzrə bələdiyyə üzvlərinə 707 namizəd 238 yer uğrunda mübarizə aparır.

Seçkiləri 393 nəfər müşahidə edir, 8 məntəqəyə isə müşahidə kameraları quraşdırılıb. /report.az/