Bakıda ana və azyaşlı qızını maşın vurdu - uşaq öldü
    • 23-12-2019, 11:02
    • 1 204

Bakıda ana və azyaşlı qızını maşın vurdu - uşaq öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Rayon sakinləri M.N və qızı 2016-cı il təvəllüdlü T.N (adlar şərtidir) yolu keçmək istəyərkən onları avtomobil vurub. Qəza nəticəsində azyaşlı T.N aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ana isə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa.az/