-
- 23-12-2019, 13:36
- 1 228
“Jurnalistlərdən müraciət daxil olmayıb”- Mətbuat Şurası
Bu gün saat 08:00-dan 12:00-dək Azərbaycan Mətbuat Şurasına bələdiyyə seçkilərini işıqlandıran jurnalistlərdən hər hansı müraciət daxil olmayıb.
Bu barədə News24.az-a Mətbuat Şurasından məlumat verilib.
Qeyd edilib ki, şuranın (012) 441 35 30 şəhər və 050 206 96 02 mobil nömrələri bələdiyyə seçkiləri ilə əlaqədar bu gün saat 08:00-dan 19:00-dək “qaynar xətt” rejimində fəaliyyətdədir. Məqsəd peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fəaliyyət səmərəliliyinin qorunmasına, hər hansı anlaşılmaz vəziyyətlər yarana biləcəyi təqdirdə, dərhal aradan qaldırılmasına dəstək olmaqdan ibarətdir. “Qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq.
Onu da bildiririk ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ölkənin müxtəlif bölgələrindəki, o cümlədən paytaxt Bakı şəhərindəki seçki məntəqələrində seçkinin gedişini izləməkdədirlər. Onlar jurnalistlər üçün yaradılmış şəraitlə tanış olurlar. Bununla bağlı da hər hansı nöqsan qeydə alınmayıb.