Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna DƏYİŞİKLİK EDİLDİ
    • 23-12-2019, 19:00
    • 1 806

Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna DƏYİŞİKLİK EDİLDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

News24.az-a xəbər verir ki, sənəddə deyilir:

1. “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qanunla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında Əsasnamə”nin 8-ci hissəsindən “və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali komandanlığına” sözləri çıxarılsın;
1.2. həmin Qanunla təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqlarının Təsviri”nin 4-cü hissəsi ləğv edilsin;
1.3. “Şəkil 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının bayrağı” ləğv edilsin.
2. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 515; 2005, № 10, maddə 874; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1303; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1674-VQD nömrəli Qanunu) 8.2-ci maddəsinə “digər dövlətlərin” sözlərindən əvvəl “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı,” sözləri əlavə edilsin.