-
- 24-12-2019, 12:41
- 757
"Azərbaycanda 5000 müəllimin əməkhaqqı 1000 manatdan yuxarıdır" - Ceyhun Bayramov
"2020-2021-ci tədris ilindən təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq".
News24.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov "Təhsilin inkişaf strategiyası nailiyyət lər və əsas hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, cari tədris ilində tələbələrə verilən təqaüdlərin həcmi 20 faiz artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib: "Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən olub. 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub. Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur. Əmək haqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib".
C.Bayramov qeyd edib ki, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib. Nazir bildirib ki, gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur.
Afaq Mirayiq