Bayram günlərində mütləq buna NƏZARƏT EDİN - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ OLUNDU
    • 25-12-2019, 11:19
    • 602

Bayram günlərində mütləq buna NƏZARƏT EDİN - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ OLUNDU

Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan polisləri gücləndirilmiş iş rejimində çalışacaqlar. 

Bunu News24.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. İdarə rəsmisi bildirib ki, tədbirlərin keçirildiyi küçələr, onlara birləşmiş prospektlərdə nəzarət olacaq: "İstənilən zaman təhlükəsizliyin təmin olması məqsədi ilə xidmət və nəzarət gücləndirilir. Bayram günlərində polislər gücləndirilmiş qrafiklə çalışacaqlar. Tədbirlərin keçirildiyi küçələr, onlara birləşmiş prospektlərdə nəzarət olacaq. Xüsusilə də Dənizkənarı Milli Park ətrafında dayanmaların olmaması üçün sürücülərə xəbərdarlıq edirik. Həmin ərazidə xidmət göstəriləcək. Sürücülərdən xahiş olunur ki, tədbirlərin keçirələcəyi istiqamətdə gedərkən, yaxşı olardı ki, sakinlər ictimai nəqliyat vasitələrindən istifadə etsinlər".

V.Əsədov sürücülərə müraciət edərək həm də həmin ərazilərdə dayanma-durma qadağan oldunduğundan ərazidə olan parkinqlərdən istifadə etmələrini xahiş edir.

Teymur Məmmədov