Bayram günlərində 5 yol qəzası: İki ölü, üç yaralı
    • 25-03-2019, 13:34
    • 837

Bayram günlərində 5 yol qəzası: İki ölü, üç yaralı

Bayram günlərində Bakı şəhərində 5 yol nəqliyyat hadisəsi baş verib.

Bunu News24.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Vaqif Əsədov bildirib ki, hadisələr zamanı 2 nəfər ölüb və 3 nəfər xəsarət alan olub: “Bayram günlərində polis gücləndirilmiş iş rejimində işləyib. Təhlükəsizliyin təmin edilməsi sahəsində zəruri tədbirləri həyata keçirilib. Görülən tədbirlərin nəticəsi olaraq martın 19-dan bu günə kimi Bakı şəhəri üzrə qeydə alınan ümumi yol nəqliyyat hadisələri ötən ilin müvafiq dövrü ilə müqayisədə həm hadisələr, həm də ölümlərin sayı aşağıdır. Martın 19-dan bu günə kimi sırf Bakı şəhərinin inzibati ərazisinə daxil olan küçə və yollar üzrə cəmi beş yol nəqliyyat hadisəsi baş verib. Ötən ilə isə daha çox hadisə və ölüm baş vermişdi. Bu o deməkdir ki, vətəndaşlar bu bayram günlərində yol hərəkəti qanunun tələblərinə düzgün riayət ediblər”. 

Sevinc YASİNQIZI