Aybəniz Haşımovanın qızı Aynişanın "Hə"- sini GÖRÜN, KİM VERDİ - VİDEO
    • 25-12-2019, 15:00
    • 1 922

Aybəniz Haşımovanın qızı Aynişanın "Hə"- sini GÖRÜN, KİM VERDİ - VİDEO

Xəzər Televiziyasında yayımlanan "5/5" verilişinin növbəti qonağı Əməkdar artist Aybəniz Haşımova olub.

News24.az bildirir ki, sənətçi bu yaxınlarda qızının nişan mərasimindən danışıb: "Hər şey qəfil oldu. Bu məsələlər konsertim ərəfəsində baş verdi. Aynişan da mənə demirdi ki, qoy anam işlərini bitirsin. 10 günün içində bu işlərdən xəbər tutmuşam. Qızımın ürəyində məhəbbət cərəyan edirmiş. Amma hər ikisi utanıblar deməyə. Axırda konsertdən bir neçə gün sonra Aynişan cürət edib bunu mənə söylədi. Aynişan elə bir övladdır ki, heç zaman hər sözü danışmır. Evdə ailəiçi "həri" mərasimi etdik. "Həri"ni bizim görkəmli sənətkarımız, Xalq artisti Arif Babayev verdi. Arif bəy mənim atam əvəzidir. Onsuz bu olmadı. Aynişan hələ uşaq olanda  Arif bəy deyirdi ki, onun “həri”sini mən verəcəyəm. Eşidəndə çox sevindi. Söylədi ki, mən buna çox şadam".

Proqramın aparıcısı Zaur Kamalın "Qızınızı oğlana verməzdən öncə onun əsil-nəcabətini yoxladınız?" sualına Haşımova bu cür reaksiya verib: "Əsil-nəcabətini araşdırdım. Yoxladıq deyədə ki, hamı bir-birini tanıyır. Onun doğulduğu torpaq Qarabağdır. Ağcabədidən, Üzeyir bəyin yurdundandır. Heç vaxt var-dövlət arxasınca qaçan insan olmamışam. Həyatda bir istəyim olub, qarşımdakı insanlar mənə sadaqətli olsun. Bu həyatda başqa heç nə istəmirəm. Şükürlər olsun ki, övladım məhz belə bir ailəyə qismət oldu. Çox gözəl ailədirlər. Allah məni onların qarşısında utandırmasın".

Z. Kamalın Əməkdar artistə ünvanladığı "Oğlanın evi-eşiyi, diplomu, işi varmı, əsgərliyə gedibmi, araşdırdınız?” sualına isə sənətçi bu cür cavab verdi:
"Onun mənim övladıma olan sevgisi bu həyatda hər şeydən vacibdir. Xalidin (Aybəniz Haşımovanın şəhid olan həyat yoldaşı) qızının adını tutan oğlan mütləq "əsgərlik"də olmalı idi. Başqa cür ola bilməz!"

Aparıcının suallarını bir-bir cavab verən müğənni verilişin gedişatında gələcək kürəkəninin anası ilə görüşdüyünü dilə gətirdi: "Oğlanla danışmadım. Ayıbdır. Heç kimlə bu barədə danışmadım. Anası ilə görüşmək istədim. Görüşdüm də…Gələcək kürəkənimin anasını görəndə, ona o qədər vuruldum ki, heç bir şey demədim. Çünki anası ilə görüşəndən sonra mənə hər şey aydın oldu".

Sənətçi toydan sonra qızının onun yanında deyil, ayrı yaşayacaqlarını bildirdi: "Mənimlə qalmaq olmaz. Bizdə elə şey yoxdur".

Qeyd edək ki, cütlüyün toy mərasimi fevral ayında olacaq.

Sevda Bayramova