Aybəniz Haşımova toyda qızının qarşısında DİZ ÇÖKDÜ - VİDEO
    • 1-02-2020, 20:37
    • 5 439

Aybəniz Haşımova toyda qızının qarşısında DİZ ÇÖKDÜ - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın bu gün qız toyudur. 


News24.az xəbər verir ki, fitnes müəllimi ilə ailə həyatı quran Aynişanın toyunda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanıb. Xoşbəxt cütlük Natiq ritm qrupu və “Mirvari” rəqs ansamblının ifasında səslənən “Azərbaycan” musiqisinin sədaları altında zala daxil olub. 


Toyu idarə etmək isə aparıcı Azər Süleymanlıya həvalə olunub. Məclisin maraqlı məqamlarından biri isə Əməkdar artist, gəlininin anası Aybəniz Haşımovanın qızının toyunda balasının qarşısında diz çökməsi olub. Bununla yanaşı, Aynişan Quliyevanın nənəsi 30 ildən sonra gəlini Aybəniz Haşımova ilə rəqs ediblər. Bu isə Haşımovanın qızı üçün verilən söz olub.


Həmçinin toy məclisində Xalq artisti Zülfiyyə Xanbabayeva “Azərbaycan” adlı vətənpərvər mahnısını səbəbkarlar üçün ifa edib.

Maraqlı və rəngarəng məqamlarla zəngin olan məclisdə gəlinin şəhid atasının dilindən yazılmış videoçarx nümayiş olunub. Bunu görən Quliyeva göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Aynişan və Kənan cütlüyünün toy mərasimində 500-dən çox qonaq iştirak edib.


Sevda Bayramova