“ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində 6 gün iş olmayacaq
    • 25-12-2019, 15:20
    • 979

“ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində 6 gün iş olmayacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə News24.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 6 yanvar tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.