-
- 3-09-2018, 15:01
- 1 972
“İnsanlar sosiallaşmaq əvəzinə heyvanlaşırlar” – Əhməd instagramdakı təhqirlərdən danışdı - VİDEO
Müğənni Əhməd Mustafayev bir müddət öncə təqdim etdiyi və yayın hitinə çevrilən “Canan” mahnısının uğurundan danışıb.
News24.az-a danışan ifaçı Youtube-da 10 milyona yaxın baxış toplayan mahnının bu qədər seviləcəyini inanmadığını bildirib:
“Mən də daxil olmaqla bir çox ifaçılar var idi ki, yaxşı mahnı sevilmir deyə təşvişə düşmüşdük. “Canan” mahnısı bu xaosa son qoydu. Bu da çoxlarına stimul oldu.
Yalan deməyəcəm 8 ildir dayanmadan mahnı bəstələyib ifa edirəm. Düşünürdüm ki, təqdim etdiyim mahnılar yaxşı olsa da niyə görə səs-küy salmır. Deməli qismət bu mahnıda imiş.
Hətta “Canan”ın belə seviləcəyinə inanmırdım. Çünki artıq psixoloji bir fikir yaranmışdı ki, insanlar keyfiyyətsiz mahnını tez sevir.
İnşallah yeni mahnı üzərində işləyirik. Sözləri yazılır, musiqisi isə tam hazırdır. “Canan”ın ritmi qədər olmasa da bir temp aşağıdır”.
İfaçı sosial şəbəklərdəki tənqid və təhqirlər haqda isə bunları deyib:
“Bəzi ifaçılar var ki, instagramda onu tənqid edənlərin şərhlərini silirlər. Mən isə tam əksinə məni tənqid edənlərin şərhini silmirəm. Buna səbəb isə digər izləyicilərin həmin tənqidə olan fikrini öyrənməkdir.
Əgər kimsə mahnının hansısa hissəsini bəyənmirsə və digər 10 nəfər də ona dəstək olursa deməli mən səhv etmişəm.
Eyni zamanda da insanlardan xahiş edirəm ki, fikirlərini mədəni bildirsinlər. Camaatın çoxu mədəniyyətsiz sosiallaşır. İfaçıları təhqir edirlər. Sanki dünyanın bütün problemlərini biz həll etməliyik. Müğənni də insandır. Bizim də ailəmiz, qohumlarımız var. Siz onların da qəlbini qırırsınız.
Təhqir etdiyiniz müğənninin biri sizin instagram hesabınıza girib söyüş yazsa, sizə xoş olar? Bəyənmirsinizsə normal fikir bildirin.
Bir daha qeyd edirəm ki, insanlar sosiallaşmaq əvəzinə heyvanlaşırlar. Bilib-bilmədən danışırlar.
Hətta “Canan”ın sözlərinin Nizami Gəncəviyə, Əliağa Vahidə aid olduğunu deyirlər. Çox haqsızlıqlara tuş gəlirəm. Guya Məşədibabanın adını qeyd etməmişəm. Hərçənd ki, getdiyim hər yerdə, paylaşdığım hər videoda #məşədibaba haştegi yaradmışam. Allah ona rəhmət eləsin”.
Teymur Məmmədov