Qazaxıstanda matəm - ELAN EDİLDİ

Qazaxıstanda matəm - ELAN EDİLDİ Dünya
Almatıda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub.

Bunu Qazaxıstan prezidentinin mətbuat katibi Berik Kurmanqali bildirib.

Ölkə prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb. /Report/