Heydər Əliyev Fondu aztəminatlı ailələri SEVİNDİRDİ - FOTO
    • 27-12-2019, 16:20
    • 602

Heydər Əliyev Fondu aztəminatlı ailələri SEVİNDİRDİ - FOTO

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılıb.

Fondun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 21-dən etibarən Fondun əməkdaşları və «Regional İnkişaf» İctimai Birliyinin könüllüləri aztəminatlı ailələrə bayram sovqatları çatdırıb. Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları Bakıda və regionlarda ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu müxtəlif bayramlarda mütəmadi olaraq aztəminatlı ailələri təbrik edərək, onlara sovqatlar çatdırır. Həyata keçirilən bu cür layihələr sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.