“Sağlam Ailə” klinikası CƏRİMƏ EDİLDİ
    • 27-12-2019, 17:16
    • 997

“Sağlam Ailə” klinikası CƏRİMƏ EDİLDİ

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sağlam Ailə” MMC-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

Nəsimi Rayon Məhkəməsi protokola əsasən, şirkəti - 272 ABŞ dolları 82 sent cərimə edib.
"Sağlam Ailə" İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Məhkəmə qərarından MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Sağlam Ailə" klinikasının müxtəlif fəaliyyət göstərən filialları var./report/