Badamdarda evdən 76 minlik oğurluq oldu - seyfi yardılar
    • 28-12-2019, 00:11
    • 753

Badamdarda evdən 76 minlik oğurluq oldu - seyfi yardılar

Bakının Səbail rayonunda mənzil və seyf oğurluğu hadisəsi baş verib.
Bu barədə News24.az-a rayon polis şöbəsindən məlumat verilib.
Dekabrın 26-da Badamdar qəsəbəsində naməlum şəxslər qapının kilidini seçmə üsulla açaraq 1987-ci il təvəllüdlü Əliyev Kamil Çingiz oğlunun evinə giriblər.
Cinayətkarlar kəsici alətin köməyi ilə ölçüsü 70X50 sm olan iki seyfi sındıraraq, 5,7 min manat, altı min dollar (10200 AZN) və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Maraqlıdır ki, zərərçəkən saat 19:00-dan 23:30-a qədər evdə olmayıb. Cinayət də məhz bu müddət ərzində törədilib.
Yəni soyğunçular K.Əliyevin hərəkət cədvəlini dəqiq öyrənmiş və oğurluğa hazırlaşıbmışlar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (“Oğurluq”) maddəsi ilə cinayət işi başlanıb.
Şübhəlilərin axtarışına başlanılıb.