-
- 28-12-2019, 12:06
- 1 433
"Bakıda kiməsə aşiq olsam, ata-anamı da unudaram" - İREM DERİCİ - VİDEO - FOTOLAR
Ötən gecə "Elektra Events Hall"da Türkiyənin məşhur pop ifaçısısı İrem Derici konsert proqramı ilə çıxış edib.
News24.az xəbər verir ki, paytaxtımıza təşrif buyuran ifaçının konserti böyük anşlaqla keçdi. Maraqlı və rəngarəng ifa təqdim edən müğənni təssüratlarını bizimlə bölüşüb: "Şükür qovuşdurana. İki dəfə Bakıda konsertim alınmamışdı, amma nəhayət ki, üçüncü dəfə alındı. O vaxt yaranan problemlərin mənə aidiyyatı yoxdur, təşkilatçıların davaları idi. Gec olsun, güc olmasın. İnanılmaz həvəslə gəlmişəm, tamaşaçılarınız möhtəşəmdir. Səhərdən ancaq dua edirdim ki, aman, təyyarədə problem yaranmasın. Sonuncu dəfə Bakıya dörd il öncə gəlmişdim. Şəhəriniz çox dəyişib. Düzdür, istədiyim qədər gəzə bilmədim, amma növbəti dəfə mütləq şəkildə həm gəzmək, həm də konsert vermək üçün gələcəm. Burda sevənlərim çoxdur. Məsələn, Ülkərim, Gülüşüm var".
İfaçı bildirib ki, konsert üçün onu məşhur stilist Anar Ağakişiyev bəzəyib: "Əminliklə söyləyə bilərəm ki, Anar Azərbaycanın bir nömrəli makiyaj ustasıdır. Ya rəbbim, o necə insandır?! Bir saatın içində makiyajı, saçımı hazırladı. Onu sizlərdən oğurlayacam. Məndən öncə Selin Ciyerci, Demet Akalına makiyaj edib, indi isə mənə. Anarın əllərinə sağlıq".
"Türk kişilərindən bezmişəm" deyə zarafatından qalmayan İrəm Derici söhbət zamanı Azərbaycanlı kişilərə mesaj da yolladı: "Azərbaycanda necə də mədəni, alicənab kişilər var. Türk kişilərindən bezmişəm. Əgər, mənə görə yaxşı namizəd olsa, Azərbaycanlı gəlin olmaq istəyirəm. Aşiq olsam, atamı-anamı tanımaram. Sevgiyə görə, Bakıda yaşaya bilərəm. Əsas onun ağıllı və intellektual olmasıdır. Sevdiyim şəxsə görə, valideynlərim və musiqi istisna olmaqla, hər şeydən imtina edə bilərəm".
İrem Derici gənc həmkarlarından da danışıb: "Türk gənc müğənnilərdən çoxunu bəyənirəm. Edisi çox sevirəm. Darıxdıqca ona evlənmə təklif edirəm. Amma qəbul etmir (gülür), əsgərliyə gətdi. Aleyna Tilki artıq öz sözünü deyib. Reymen belə iki mahnı ilə məşhurlaşıb".
Qeyd edək ki, konsertin təşkilatçılığı "Kirli Kedi" və "Atlantis" şirkətlərinə, prodüserliyi isə Vüqar Azəroğluna məxsusdur.
Sevda Bayramova
FOTO-VİDEO: Fərid Şabanov