"İndi söyləyəcəklərimdən çox utanacam" - FERİDE HİLAL AKIN
    • 2-12-2019, 11:20
    • 801

"İndi söyləyəcəklərimdən çox utanacam" - FERİDE HİLAL AKIN

Türkiyənin məşhur müğənniləri Ersay Üner və Fəridə Hilal Akınla "Elektra Events Hall"da klub konserti ilə çıxış ediblər.  

Konsert öncəsi kulisdə cazibədar ifaçı Fəridə Hilal Akın News24.az-a açıqlama verib. O, Bakıya ilk dəfə gəldiyini və Azərbaycan dilinə aşiq olduğunu bildirib: "Bakıya ilk səfərimdir. Sabah şəhərə çıxıb, gəzəcəm. O qədər gözəl danışıq tərziniz var ki, adama ləzzət edir. Məsələn, “Ay, balam”. Bakı çox gözəl şəhərdir, sizi çox sevdim".
  
"Milli mətbəximizin hansı təamını daddınız?" sualına isə türk xanım ifaçı bu cür reaksiya verib: "İndi söyləyəcəklərimdən çox utanacam. Restoranda çox dəxlisiz bir yemək yedim. Kafede oturub, "Paris" yedim (gülür). Sabah restorana gedib mütləq şəkildə milli mətbəxinizin dadına baxacam".  

"Azərbaycan müğənnilərindən kimi tanıyırsız?" suallna isə Fəridə cavabı ilə təəcübləndirməyi bacarıb: "Şuranı və Nigarı tanıyıram. Başqa sənətçiləriniz var mı?!"

Sevda Bayramova