Aysel Əlizadə Türkiyədə partlayış etdi - FOTO - VIDEO
    • 3-09-2018, 17:27
    • 3 227

Aysel Əlizadə Türkiyədə partlayış etdi - FOTO - VIDEO

Müğənni Aysel Əlizadənin ifa etdiyi "Yandırdın qəlbimi" adlı mahnının ölkəmizdə olduğu qədər xaricdə də sevildiyi bəlli olub. 

Youtube-da 11 milyon baxış toplayan bəstə hazırda qardaş ölkə Türkiyədə ən çox dinlənilən Azərbaycan mahnısıdır. 

İfaçının meneceri Daşqın Rzazadə ilə əlaqə saxladıq. D.Rzazadə mahnının Türkiyədə sevildiyindən xəbərdar olduqlarını, tezliklə Aysel Əlizadə ilə birgə yeni işlərini təqdim edəcəyini bildirdi. 

Qeyd edək ki, musiqisi Əlibaba Məmmədova aid olan "Yandırdın qəlbimi" mahnısını Aysel Əlizadə yeni və fərqli aranjimanda təqdim edib.



Teymur Məmmədov