Bakı metrosunda problem: sərnişinlər qatardan düşürüldü
    • 18-04-2025, 09:39
    • 2 499

Bakı metrosunda problem: sərnişinlər qatardan düşürüldü

Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.

News24.az Teleqraf-a istinadən xəbr verir ki, metronun “Əhmədli” stansiyasından “İçərişəhər”ə gedən qatarın qapıları bağlanmayıb.

Stansiyaya “Bakı Metropoliten”inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.

Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.

Sərnişinlər isə başqa qatarla yola salınıblar.