-
- 28-12-2019, 22:44
- 885
Telman İsmayılovun qardaşına 18 il HƏBS gözlənilir
Rusiyanın Moskva vilayət məhkəməsində azərbaycanlı oliqarx Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun məhkəməsi başa çatır.
News24.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, prokuror Rafiq İsmayılovun 18 il azadlıqdan məhrum edilməsini tələb edib.
O, biznesmen Vladimir Savikin və "Lyublino motors” şirkətinin sahibi Yuri Brilyovun qətlində, habelə qanunsuz silah gəzdirməkdə ittiham olunur.
Xatırladaq ki, bu iki qətl 2016-cı il mayın 16-da Moskva ətrafındakı Novorijski şossesində baş verib.
İstintaq Komitəsinin məlumatına görə, güllələnməyə səbəb Rafiq İsmayılov və Vladimir Savkin arasında maliyyə mübahisəsi olub. Yuri Brilyov isə təsadüfən qurban gedib. İstintaq sübut edib ki, Rafiq İsmayılov görüş yerinə Mehman Kərimov adlı killer və oğlu Raul İsmayılovun "Mercedes”i ilə gəlib.
Vladimir Savkinlə mayın 16-da Novorijski şossesindəki yanacaqdoldurma məntəqəsində görüş təyin edib. Savkin təsadüfən özü ilə görüşə Yuri Brilyovu da gətirib.
Vladimir Savkinlə görüşə yalnız Mehman Kərimov gedib və qısa söhbətdən sonra killer özünün "Toyota-Lend Kruzer” avtomobilinə oturaraq vilayət tərəfə hərəkət edib. 40 saniyə sonra onun arxasında həmin Rafiq İsmayılovun olduğu "Mercedes” də hərəkətə başlayıb.
Yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralıda "Toyota”nın salonunda biznesmenlər güllələnmiş vəziyyətdə tapılıb. Mehman Kərimov onları elə maşınındaca güllələyib.
/Unikalorg/