-
- 29-12-2019, 13:49
- 1 725
5 il DYP-də işləyən parodiyaçı MÜĞƏNNİ OLMAQ İSTƏYİR
"2019-cu il mənim üçün çox uğurlu oldu. Nəzərə alsaq ki, 2006-ci ildən bu sahədəyəm və ilk olaraq "Planet Parni iz Baku" KVN teatrının tərkibində yer alırdım, amma "5/5"-ə gələndən sonra daha çox tanındım".
Bu sözləri News24.az-a açıqlamasında aktyor və parodiyaçı, son zamanlar isə "Aşıq Muşqulat" obrazı ilə tanınan Elnur Mahmudov deyib: "Zaur Kamalın və Rauf Sübhinin dəstəyi çox böyük oldu. Nəticədə isə bir çox parodiyalar, həmçinin də Aşıq Muşqulat və Dıvır obrazı yarandı. İnsanlar tərəfindən bu səhnəciklər böyük marağa səbəb oldu. "Dıvır"ın da özünəməxsus kütləsi var".
"Gənc aktyorlar peşəkarlar tərəfindən tənqid olunurlar, amma sizə və "Fəlakət" obrazı ilə tanınan Elşən Orucovun ünvanına bu fikirlər bir o qədərdə səslənmir. Buna səbəb nədir?" sualına aktyor bu cür cavab verib: "Ola bilsin ki, "Fəlakət"lə "Muşqulat" xalqa daha çox yaxındırlar. Onların dəmək istədiklərini, biz zarafatımızda səsləndiririk. "Fəlakət"in öz kütləsi, "Muşqulat"ın da öz publikası var".
Parodiyaçı "Planet Parni iz Baku" KVN teatrında olmamasından da danışıb: "10 il onlarla birgə çalışmışam və ümumilikdə 20-ə yaxın parodiyam var. Müəyyən səbəblərə görə sonuncu konsertlərində çıxış edə bilmədim. Bildiyim qədəri ilə apreldə növbəti konsertləri olacaq, amma hələ ki, orda iştirak edib-etməyəcəyimi bilmirəm, çünki təklif gəlməyib".
E. Mahmudov aparıcı Zaur Kamalın adını "İnstagram"da "sponsor" kimi qeyd etməsindən söhbət açıb: "Son zamanlar artıq elə yazmıram. Adını "dəstəkçi" kimi qeyd edirəm. Zaur verilişimizin aparıcısısıdır, 20 ildir bu sahədədir, nəyin necə olduğunu çox yaxşı bilir. "Sponsor" sözünün özünü də gülüş yaratmaq üçün yazdim. Zaur nəyisə bəyənməyəndə bunu efirdə yox, üzümüzə deyir".
Mahmudov mahnı ifa etməsi haqda isə bunları deyib: "Bütün pardoyalarımı öz səsimlə oxuyuram. Müğənni kimi fəaliyyət göstərmək istəyirəm, amma bu sahəni yarıdandan, sonra o birisinə keçərəm. Oxumağımı çox az müğənni tənqid edib, əksinə çoxları onları parodiya edib, mahnılarını oxumağımı istəyirlər. İnciyənlər olub, amma cürət edib iradını canlı efirdə dilə gətirməyib. Küsən kişi müğənnisidir".
Aktyorun sözlərinə görə Aşıq Muşqulat və Dıvır obrazları aşıqlar tərəfindən tənqid olunub: "Dıvır" tanıdığımız adamın ləqəbidir, "Muşqulat" isə məşğulluq deməkdir. Biz sazı təhqir etmirik, onu atıb-tutmuruq, qırmırıq. Bu dəqiqə sazla nə oyundan çıxırlar?! Bizim əsas gücümüz sözdür. Onu da deyim ki, sazda da bütün musiqiləri özüm ifa edirəm".
Parodiyaçı keçmiş peşəsindən də söz açıb: "5 il Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisində çalışmışam. Mən bu sahəyə gələndə heç vaxt maddiyatı düşünmürdüm. "Youtube" də filmlərə, aktyorlara baxanda ürəyim partlayırdı, çox darıxırdım bu sahə üçün. Hətta KVN-də oynuyanda da mənəvi olaraq doymurdum, televiziyanı istəyirdim. Bir sözlə atdığım addıma görə peşiman deyiləm".
Parodiyaçı bildirib ki, toylara da gedir: "Əvvəllər toya pul yazdırmaq üçün gedirdik, indi isə pul almaq üçün (gülür). Ölkədən xaricindən də dəvətlər çox olur. Həm özüm, həm də Çingiz ilə, yəni "Dıvır"la toylara gedirik. Ən çox bizi yarım saatlıq dəvət edirlər. Məncə, belə daha yaxşıdır. Çünki uzun olsa səhnəciklərin də dadı-duzu itər".
Aktyor 2020-ci ilin ilk planlarından da danışıb: "Biz gələn il üçün bölgələrimizdə, həm də xarici ölkələrdə konsertlərimizin təşkili üçün çalışırıq".
Sevda Bayramova