Ərdoğandan xəbərdarlıq: “Bu türk ölkəsində çevriliş hazırlanır”
    • 3-09-2018, 19:00
    • 1 030

Ərdoğandan xəbərdarlıq: “Bu türk ölkəsində çevriliş hazırlanır”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan FETÖ terror təşkilatının Qırğız Respublikasında dövlət çevrilişi edə biləcəyini açıqlayıb.

Ərdoğan bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Saamitinin keçirildiyi Qırğız Respublikasında çıxışı zamanı deyib.

O, Türkiyənin heç bir dost ölkəsində FETÖ-nü görmək istəmədiklərini vurğulayıb.

“Biz ədalət istəyirik. Onlar xain və alçaqdırlar. 15 iyulda bizdə çevriliş etmək istəyənlər, sabah eyni şeyi burada da edə bilərlər. Bunlar çox xain təşkilatdır. Qırğız vətəndaşlarının Türkiyəyə məhəbbətlərini istismar edən FETÖ-nün bir an öncə təmizlənməsi lazımdır. FETÖ mövcud olduğu hər ölkə üçün təhlükədir. Siz bizim qardaşlarımızsınız. 15 iyulda bizdə çevriliş etmək istəyənlər sabah eyni addımı burada ata bilərlər. Diqqət edin!”, – deyə Türkiyə lideri Qırğız həmkarına bildirib.

//Publika