-
- 30-12-2019, 00:20
- 1 006
Leyla Əliyeva uşaqları sevindirdi -FOTOLAR
Bu gün B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Distant Bilik” mərkəzinin rəhbəri Fuad Ağayevin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
News24.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidentinə institutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verilib. Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə tanış olub. Bildirilib ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub.
Uşaqların bayramla əlaqədar hazırladıqları maraqlı çıxışlar, səsləndirdikləri mahnılar, ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatıb. Bayram şənliyində Şaxta babanın iştirakı uşaqlar tərəfindən sevinclə qarşılanıb.
Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlanıb, Elmi-Tədqiqat İnstitutunun müxtəlif şöbələrində müalicə alan uşaqlarla görüşüb, onların valideynləri ilə söhbət edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağalmasını arzuladı, onlara hədiyyələr təqdim edib.
Tədbirin sonunda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.