Ayna Sultanova parkının hasarı sökülür -VİDEO
    • 30-12-2019, 00:34
    • 708

Ayna Sultanova parkının hasarı sökülür -VİDEO

Binəqədi rayonunun keçmiş icra başçısı Xaləddin İsgəndərovun vaxtından təmirə dayandırılan, amma əslində heç bir təmir işləri aparılmayan Ayna Sultanova parkında işlər başa çatıb. Təmir işləri icra başçısı dəyişdirildikdən sonra həyata keçirilib.
News24.az “oxu.az”a istinadən xəbər verir ki, hazırda Ayna Sultanova parkı ətrafındakı dəmir hasar sökülür.
Videodan da görünür ki, park istifadəyə tam hazırdır. Aldığımız məlumata görə, parkın hasarlarının sökülməsinə rayon rəhbərliyi şəxsən nəzarət edir.