Bakıda MilliÖN aparatlarının sökülməsinə başlandı
    • 20-12-2019, 15:49
    • 3 496

Bakıda MilliÖN aparatlarının sökülməsinə başlandı

Bakının bəzi hissələrində yerləşən dayanacaqlarda quraşdırılan MilliÖN aparatlarının sökülməsinə başlanıb. 

News24.az-ın məlumatına görə, paytaxtın müxtəlif ərazilərində dayanacaqlarda sərnişinlərin kartlarını doldurması üçün quraşdırılan ödəmə aparatları sökülərək aparılır. Artıq Ayna Sultanova parkı, Ziya Bünyadov prospekti, Koroğlu parkı və sair ərazilərdəki aparatları sökülərək naməlum istiqamətə aparılıb.

Sərnişinlər onsuz da aparatların əksəriyyətinin işləmədiyini, işləyən ödəmə cihazlarının da səbəbsiz yerə sökülməsini başa düşmədiklərini bildirirlər.