Vegeterian olan şəxs dünya görüşünü dəyişib HEYVANLARI ÖLDÜRMƏYƏ BAŞLADI
    • 30-12-2019, 10:54
    • 731

Vegeterian olan şəxs dünya görüşünü dəyişib HEYVANLARI ÖLDÜRMƏYƏ BAŞLADI

Amerikanın Bridcton şəhərindən olan qəti vegeterian 42 yaşlı Daniel Vitalis ət yeməməklə bağlı düşüncələrini götür qoy etdikdən sonra heyvan ovlamağa başlayıb.

2014-cü ildə 10 ildir vegeterian olan və bitki pəhrizləri mövzusunda populyar nitq sahibi olan amerikalı, vegetarianizmi təbliğ etmək üçün tura çıxıb.

Yolda, sağlamlıq üçün çox vacib olan ətin faydaları haqqında kitab oxumağa qərar verib. Kitabdan sonra Daniel nəinki dünyagörüşünü dəyişib, həm də ovçuluğa marağı artıb.

Qısa müddətdən sonra keçmiş vegetarian, heyvanları necə öldürmək, eləcə də balıq ovlamaq və bişirmək haqda təlimat videoları hazırlayıb.

Bundan əlavə, Vitalisin evi hazırda kəllə və silahlarla doludur, həmçinin öldürdüyü heyvanların dondurulmuş ətləri ilə doludur.