Ukraynanın tanınmış aşpazı Bakıda “Vegan Boom” edəcək – GİRİŞ SƏRBƏSTDİR
    • 22-11-2018, 16:46
    • 1 174

Ukraynanın tanınmış aşpazı Bakıda “Vegan Boom” edəcək – GİRİŞ SƏRBƏSTDİR

Bakıda sayca ikinci dəfə “Vegan boom” keçiriləcək.

News24.az xəbər verir ki, veqan yeməkləri ukraynalı tanınmış aşpaz Konstantin Stolyarov hazırlayacaq.

Bakıya 3-cü səfərini etməyə hazırlaşan aşpaz həmin gün zeytun yağının faydalarından danışacaq, ləziz təamlarla tədbirə qatılanları tanış edəcək.

İştirakçılar üçün həmçinin xüsusi hazırlanmış fürşet masası da təşkil oluanacaq.

Qonaqlar sponsorların özəl hədiyyələrini qazanmaq imkanı əldə edəcəklər.

Möhtəşəm tədbir Xəqani (Malakan) bağında yerləşən “The Green Restoran”ında baş tutacaq.

Qeyd edək ki, vegan yeməklərlə vegeterian yeməklər arasında fərq var. Vegan yeməklər digərindən fərqli olaraq daha çox qadağalara malikdir.

Misal üçün, əgər vegeterian mətbəxində süddən və yumurtadan istifadəyə icazə verilirsə, veganlar nəinki süd, hətta baldan da istifadə etmirlər.

Xatırladaq ki, giriş sərbəstdir.  Təamları da dadmaq tam ödənişsizdir.

Qeydiyyat üçün bu linkə daxil olun : https://www.facebook.com/events/1974244435975597/