Sərhəddə ağır qəza: Azərbaycan hərbçisi həyatını itirdi
    • 4-09-2018, 10:42
    • 895

Sərhəddə ağır qəza: Azərbaycan hərbçisi həyatını itirdi

2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublika­sının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü GR vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazısını sındırmış və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurmuşdur.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat etmiş, hadisə zamanı 1 ədəd minik avtomobili əzilmiş və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilmişdir.

Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılmış və Qazax rayon polis şöbəsinə təhvil verilmişdir. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.