Azərbaycanda 279 min nəfəriə müxtəlif xəstəlik aşkarlanıb
    • 30-12-2019, 16:11
    • 609

Azərbaycanda 279 min nəfəriə müxtəlif xəstəlik aşkarlanıb

Bu il 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib. 

News24.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin illik hesabatında qeyd olunub. 

Hesabatda bildirilib ki, müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Onlardan 21 min nəfər hospitalizə olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatdan çıxarılıb.