ETSN bölgələr üzrə sabaha olan hava proqnozunu açıqladı
    • 3-01-2020, 15:49
    • 593

ETSN bölgələr üzrə sabaha olan hava proqnozunu açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosu ayrı-ayrı bölgələr üzrə yanvarın 4-nə olan hava proqnozunu açıqlayıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında

Gün ərzində arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.

Yuxarı Qarabağ:

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.
Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərzilərdə qar yağacağı ehtimalı var.
Axşam tədircən kəsiləcək.Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Arabir yağıntılı olacağı , bəzi yerlərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Mərkəzi-Aran: 

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-8° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 2-4° isti olacaq. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.