Mərdəkanda bir ailənin 4 üzvü DƏM QAZINDAN ZƏHƏRLƏNDİ
    • 30-10-2019, 09:36
    • 1 071

Mərdəkanda bir ailənin 4 üzvü DƏM QAZINDAN ZƏHƏRLƏNDİ

Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

News24.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, zəhərlənmə barədə məlumat Təcili Tibbi Yardıma 05:02 də daxil olub.

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata (35 yaş), ana (32 yaş), övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə KTM-in Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.